Azərbaycan Xarici İşlər Nazirliyi inzibati binasında server və kommunikasiya infrastrukturunun yenidən qurulması üçün “Azedunet” MMC ilə müqavilə imzalayıb.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytına istinadən məlumat verir ki, müqavilənin dəyəri 1 milyon 44,125 min manatdır.
Müqavilənin şərtlərinə görə, “Azedunet” nazirliyə infrastrukturunun yenidən qurulması üzrə işlər çərçivəsində müxtəlif mallar və xidmətlər tədarük edəcək. **
E.Şəfiyev