Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı və Sumqayıt şəhərlərində, həmçinin Azərbaycanın rayonlarında həyata keçirilmiş xüsusi əməliyyat zamanı ümumilikdə 27 kq psixotrop maddə, ağır narkotik vasitələr və həblər müsadirə edib. Bu barədə DİN-dən məlumat verilib.
“Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 27 kiloqrama yaxın ağır tərkibli narkotik vasitələr və psixotrop maddələr və həblər, həmçinin 58 ədəd kultivasiya edilən narkotik tərkibli çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”, - DİN-dən bildirilir.
Məlumata əsasən, xüsusi əməliyyatlar nəticəsində 13 nəfər saxlanılıb, daha bir nəfər həbs olunub. **
E.Şəfiyev