Azərbaycanın Baş prokuroru Kamran Əliyev Qazaxıstana səfər çərçivəsində Rusya və Ermənistandan olan həmkarları – İqor Krasnov və Artur Davtyan ilə üçtərəfli formatda görüşdə iştirak edib.
“Görüş zamanı Krasnov üçtərəfli formatın effektivliyini qeyd edib və Qarabağda qanuniliyin möhkəmlənməsi üzrə tərəflərin həyata keçirdiyi işin mühüm nəticələri və son 9 ay ərzində insanların həyatının stabilləşməsi barədə məlumat verib. Rusiyanın baş prokuroru bütövlükdə regionda əhali arasınbda gərginlyin artmasının qarşısnı almağı əsas vəzifə adlandırıb”, - RF Baş Prokurorluğunun məlumatında deyilir.
Məlumata görə, həmçinin Krasnov konstruktiv qarşılıqlı əlaqələrə və ümumi nəticə – region xalqlarının rifahı naminə sülhün və sabitliyin təmin edilməsi yönəldiklərinə görə Azərbaycan və Ermənistandan həmkarlarına minnətdarlığını bildirib.
“İtkin düşən şəxslərin axtarışı sahəsində əməkdaşlığın müsbət səviyyəsi qeyd olunub və axtarış əməliyyatlarının davam etdirilməsinə dair razılıq əldə olunub”, - məlumatda qeyd olunur. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Həmçinin, tərəflər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin bəyanatlarının icrası və gələcək hüquqi əlaqələrin perspektivlərini müzakirə ediblər.
“Görüş iştirakçıları gələcək gərginliyin aradan qaldırılması məqsədilə təmasların intensivləşməsinin zəruriliyi barədə razılığa gəliblər”, - məlumatda bildirilir.
Əliyev və Krasnov ayrıca baş tutmuş görüş zamanı ikitərəfli əməkdaşlıq müasir təhdidlər və transsərhəd cinayətlərin törədilməsi üzrə yeni sxemlərə, o cümlədən, kiberhücum və yayılmış viruslara qarşıdurma, həmçinin kriptovalyuta və digər virtual aktivlərin kriminal istifadəsinin qarşısının alınması ilə bağlı təcrübə mübadiləsinin zəruriliyi məsələlərini müzakirə ediblər. **
N.Abbasova