Maliyyə Nazirliyi “SİNAM” MMC-dən server və şəbəkə avadanlıqları satın alacaq.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, nazirlik şirkətlə müvafiq müqavilə bağlayıb. Müqavilə Maliyyə Nazirliyinin Büdcə Məlumat İdarəetmə Sisteminin (BMİS) fəaliyyətini təmin edən zəruri server və şəbəkə avadanlıqlarının satın alınmasını nəzərdə tutur.
Müqavilənin dəyəri 999,318 min manatdır.*
B.Rüstəmbəyov