Azərbaycanda koronavirus infeksiyasına 1 min 128 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 478,715 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1 min 178 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər (ötən gün 24 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 6 min 415 nəfərə çatıb.
Virusa yoluxmuş 446,643 min nəfər (sutka ərzində +2 min 590) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 25 min 657 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 505 (ötən gün 12 min 331 test), hazırkı dövrədək isə ümumilikdə 4 milyon 802,229 min test aparılıb.*
B.Rüstəmbəyov