Sentyabrın 24-də Müdafiə Nazirliyinin baş idarə və idarə rəisləri, həmçinin Azərbaycan Ordusunun Baş Qərargahının məsul vəzifəli zabitlərindən ibarət komissiyanın toplantısı keçirilib. Bu barədə nazirliyin məlumatında deyilir.
“Çağırışçıların hərbi hissələr üzrə bölüşdürülməsi əks-ərazi prinsipi nəzərə alınmaqla elektron qaydada xüsusi kompüter proqramı vasitəsilə tam şəffaf şəkildə həyata keçirilib”, - deyə məlumatda bildirilir.
Komissiyanın işinə Dövlət Təhlükəsizliyi Xidməti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri də cəlb olunub.*
A.Salayeva