Dağlıq Qarabağ münaqişəsi sona çatıb, Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Biz müharibəni hərbi-siyasi yollarla həll etdik, müharibə arxada qaldı və Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı. Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil”, - Əliyev bazar ertəsi 27 Sentyabr – Anım Günü ilə əlaqədar xalqa müraciətində bildirib.
“Əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin. Öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Biz də onu tanıyarıq, ancaq Azərbaycanda yox», - prezident qeyd edib.
Əliyev əlavə edib ki, “Qarabağ məsələsi öz həllini tapıb və hər kəs bununla hesablaşmalıdır”. **
B.Rüstəmbəyov