Bazar ertəsi Azərbaycanda 2020-ci ilin payızında Ermənistana qarşı müharibədə həlak olan hərbi qulluqçuların xatirəsi saat 12:00-da bir dəqiqəlik sükutla yad olunub.
Xəbər verildiyi kimi, 2020-ci ilin payızında müharibədə həlak olan Azərbaycan hərbçilərinin sayı 3 minə yaxın təşkil edib.
27 sentyabr Azərbaycanda İkinci Qarabağ müharibəsinin başlandığı gün - Anim Günü kimi qeyd olunur.
Anım Günü ilə əlaqədar Bakının mərkəzində hərbçilərin yürüşü keçirilib.
Xəbər verildiyi kimi, 2020-ci ilin payızında 44 günlük müharibə nəticəsində Azərbaycan 300-dən çox şəhər, kənd və yaşayış məntəqəsini erməni işğalından azad edib. Hərbi əməliyyatlar nəticəsində azad olunmuş ərazilərin ümumi sahəsi 5 min kvadrat metrə yaxındır.
2020-ci il noyabrın 10-na keçən gecə Azərbaycan və RF prezidentlər, həmçinin Ermənistanın baş naziri hərbi əməliyyatlara son qoymuş üçtərəfli bəyanat imzalayıblar. Həmin bəyanata əsasən, 1992-1993-cü illərdə Ermənistan tərəfindən işğal olunmuş daha 3 rayon (Ağdam, Kəlbəcər və Laçın) Azərbaycana qaytarılıb. **
X.Nəsirzadə