Azərbaycanda “Sputnik Lite” və “AstraZeneca” vaksinlərinin kombinasiyası vurulan sınaq iştirakçılarında 2 ay ərzində koronavirusun S-zülalı nisbətinə spesifik anticisimlərin sayı 4 və daha çox dəfə artıb. Bu barədə bazar ertəsi Rusiya Birbaşa İnvestisiyalar Fondu məlumat verir.
“Məlumatlar tədiqatın ilk 20 iştirakçısının müşahidələrinin nəticələrinə əsasən əldə olunub. Aralıq təhlillərə əsasən, könüllülərin 85%-də 57-ci müşahidə günü anticismlərin 4 və daha çox artımı qeyd olunub”, - RBİF-nin məlumatında deyilir.
Fonddan qeyd olunub ki, kombinasiyanın ilk komponenti “AstraZeneca” şirkətinin vaksini, ikinci komponenti - “Sputnik Lite” vaksini olub. Onların tətbiqi arasında interval müddəti 29 gündür.
Fonddan əılavə olunub ki, hazırda Azərbaycanda “Sputnik Lite” vaksinin “AstraZeneca”dan vaksinlə kombinasiyasının sınaqlarında 100 könüllü iştirak edir.
O cümlədən, Fond avqustun 20-də məlumat verib ki, Rusiyanın koronavirus əleyhinə “Sputnik Lite” və “AstraZeneca” vaksinlərinin kombinasiyasının vurulması Azərbaycanda 20 sınaq iştirakçılarının hər birində COVİD-19 əleyhinə anticism yaranmasına səbəb olub. Məlumatda bildirilib ki, həmin dpvrə qədər Azərbaycanda sınaqlar zamanı artıq 64 nəfər vaksinin kombinasiyası ilə peyvvənd olunub.
İyulun 30-da RBİF artıq məlumat verib ki, Azərbaycanda vaksinlərin kombinasiyası ilə bağlı sınaqlar zamanı, həmçinin könüllülər arasında ciddi arzuolunmayan reaksiyalar, vaksinasiya olunandan sonra COVİD-19-a yoluxma faktları qeydə alınmayıb. Qeyd olunan dövrdə 50 nəfərin “vaksin kokteyli” ilə peyvənd olunması barədə məlumat verilib. **