Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bazar ertəsi Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq Bakı şəhərində təşkil olunmuş yürüşdə iştirak ediblər.
Dövlət başçısının saytındakı məlumata görə, yürüş sentyabrın 27-də - Anım Günündə təşkil olunub.
Sonra prezident Əliyev Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlini qoyub. **
E.Şəfiyev