Azərbaycan və Qırğızıstanın XİN başçıları Ceyhun Bayramov və Ruslan Kazakbayev Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində ikitərəfli münasibətlərin genişləndirilməsi məsələlərini müzakirə ediblər.
“Tərəflər ikitərəfli münasibətlərin gələcək aktivləşməsinə qarşılıqlı marağı təsdiq ediblər, bu kontekstdə hər iki ölkənin XİN-ləri arasında siyasi məsləhətləşmələrin və iqtisadi, humanitar əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasının təşkili məsələlərini nəzərdən keçiriblər”, - Qırğızıstan XİN-dən bildirilir.
Ayramov və Kazakbayev çoxtərəfli təşkilatlar çərçivəsində qarşılıqlı dəstək məsələləri, iki ölkə arasında diplomatik münasibətlərin quirulmasının 30 illiyi münasibətilə 2022-ci ildə birgə tədbirlərin keçiriməsi, regionlarası dialoq üzrə Qırğızıstan tərəfinin təşəbbüslərini müzakirə ediblər.
“Kazakbayev ölkələr arasına iki dövlətin vətəndaşları arasında səfərlərin stimullaşdırılması məqsədilə Qırğızıstan Respublikasının vaksin pasportlarının tanınması prosesini sürətləndirmək xahişini Bayramova təqdim edib”, - məlumatda qeyd olunur.
Nazirlər çəxtərəfli təşkilatlar çərçivəsində əlaqlər və dəstək məsələlərini nəzərdən keçiriblər, o cümlədən yüksək və ən yüksək səviyyələrdə gələcək təmasların qrafikini müzakirə ediblər. **
E.Şəfiyev