Bazar ertəsi Azərbaycanın müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Bakıda Türkiyənin milli müdafiə nazirinin müavini cənab Muhsin Deren ilə görüşüb.
“Tərəflər maddi-texniki təminatın yaxşılaşdırılması istiqamətində birgə əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb və bu istiqamətdə görüləcək işləri ətraflı müzakirə ediblər”, - Azərbaycan MN-dən məlumat verilir.
Nazirlikdəndəqiqləşdirilir ki, görüşdə Türkiyənin müdafiə sənayesinin müasir texnologiyalar əsasında istehsal etdiyi ən yeni silahları və digər hərbi vasitələrin Azərbaycan Ordusunun silahlanmasına daxil edilməsi perspektivləri müzakirə edilib. **
N.Abbasova