Prezident İlham Əliyev “Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Bakı şəhərinin Nərimanov rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 milyon manat ayrılacaq.
Sərəncamın mətni bu gün dövlət başçısının saytında dərc olunub.*
E.Şəfiyev