Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) fitosanitar monitorinqin nəticələrinə görə, həmçinin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) zəmanəti əsasında sentyabrın 30-dan etibarən Azərbaycanın daha 5 müəssisəsinin Rusiyaya alma ixrac etməsinə icazə verib.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu müəssisələrin siyahısı “Rosselxoznadzor”un saytında dərc olunub.
“Beləliklə, hazırda Azərbaycanın 70 müəssisəsi Rusiyaya alma ixrac edə bilər”, - deyə məlumatda vurğulanır.
2020-ci ildə Azərbaycanın 67 alma istehsalçısı tərəfindən Rusiyaya 66,924 min ton alma ixrac edilib.*
R.Əhmədov