“WizzAir” Macarıstan-Polşa aviaşirkəti bu ilin oktyabr ayının 3-dən Budapeşt-Bakı-Budapeşt aviareysi üzrə müntəzəm uçuşları bərpa edəcək.
Uçuşlar Budapeştdən bazar günləri, Bakıdan isə bazar ertəsi günləri olmaqla həftədə bir dəfə həyata keçiriləcək.
Təyyarə Budapeştdən saat 22.20-da havaya qalxacaq, saat 04.05-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enəcək, Bakıdan isə saat 04:40-da havaya qalxacaq və saat 06:40-da Budapeşt hava limanına eniş edəcək.*
N.Abbasova