Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə görüşüb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Xatırladaq ki, bu gün İrakli Qaribaşvili Azərbaycana səfərə gəlib. Baş nazir iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Gürcüstan Hökumətlərarası birgə İqtisadi Komissiyanın növbəti iclasındə iştirak edəcək. **