Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, rusiyalı həmkarı Vladimir Putin Cənubi Qafqazda sabitliyin təmin edilməsi üçün altıtərəfli platformanın yaradılmasını dəstəkləyir. Bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat yayıb.
“Ərdoğan bəyan edib ki, Putin altı ölkənin iştirakı ilə platformanın yaradılmasına razıdır”, - deyə nəşr bildirib.
“Sabah” xatırladır ki, Ərdoğan dəfələrlə regionda uzunmüddətli sülh, sabitlik və əməkdaşlığın təmin olunması üçün Türkiyə, Rusiya, İran, Azərbaycan, Gürcüstan və Ermənistanın daxil olacağı platforma yaratmağa çağırıb.
Ərdoğan və Putin arasında ikitərəfli görüş avqustun 29-da Soçidə baş tutub.*