BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) Ermənistan silahlı qüvvələrinin təcavüzündən zərər çəkmiş ailələrə qeyri-qida vasitələri formasında $738 min məbləğində humanitar yardım ayıracaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında “Əsas yardım/qeyri-qida vasitələrinin ianə edilməsi haqqında” razılaşma sənədi imzalanıb. Sənədi Agentliyin sədri Vüqar Behbudov və BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Quido Ambroso imzalayıb.
“Sənədə əsasən, oktyabr ayında Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Gəncə, Goranboy rayonlarında yaşayan və erməni təcavüzündən zərər çəkmiş ailələrə BMT QAK-ın yardımı olaraq qeyri-ərzaq dəstləri paylanacaq”, - deyə agentliyin məlumatında bildirilir.*
E.Şəfiyev