ATƏT yanında Böyük Britaniya nümayəndə heyətinin başçısının müavini Deyrdre Braun Qarabağ münaqişəsinin həlli üçün Ermənistan və Azərbaycanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə qarşılıqlı şəkildə fəaliyyət göstərməsinin vacibliyini qeyd edib. Bu barədə Britaniya XİN məlumat yayıb.
“Biz Azərbaycan və Ermənistanı regionda gərginliyin tamamilə aradan qaldırılmasına və münaqişə ilə bağlı qalan bütün məsələlərin həllinə nail olmaq üçün Minsk qrupunun həmsədrləri ilə əməkdaşlığı davam etdirməyə çağırırıq”, - deyə Braun qeyd edib.
O, həmçinin bildirib ki, London ATƏT-in Minsk qrupunun həmsədrləri olan Fransa, Rusiya və ABŞ-ın səylərinə tam dəstək verir.
XİN-in məlumatında qeyd olunur ki, Böyük Britaniya həmsədrlər, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin bu yaxınlarda BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçirilmiş görüşünü alqışlayır.*