Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhəri Suraxanı rayonunun Zığ–Hövsan avtomobil yolunun yenidən qurulması üçün manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 4,9 milyon manat ayırmağı tapşırıb.
Avtomobil yolu 58 min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirəcək.
Vəsait “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən ayrılacaq.
Müvafiq sərəncam dövlət başçısının saytında dərc olunub. **
X.Nəsirzadə