Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın həftələrdə Azərbaycana səfər planları barədə bəyan edib.
“Azərbaycan 30 ilə yaxın işğal altında olan Qarabağı qaytardı. Biz azərbaycanlı qardaşlarımızla bu sevinci bölüşdük. İnşallah, qarşıdakı həftələrdə azərbaycanlı qardaşlarımızla yenidən bir araya gələcəyik”, - Ərdoğan cümə günü Türkiyə Böyük Millət Məclisində bildirib.
Həmçinin, Türkiyə lideri qeyd edib ki, 2020-ci ilin payızında Qarabağda baş vermiş müharibə ölkələrin Azərbaycan və Türkiyəyə həqiqi münasibətini nümayiş etdirdi.
“Biz öz torpaqlarını işğaldan azad etməyə çalışan ölkəyə (Azərbaycana - İF) və onu dəstəkləyən Türkiyəyə qarşı açıq nifrət nümayişini heç zaman unutmayacağıq. Biz qardaşlıq, yoldaşlıq və əməkdaşlığı qiymətləndirən ölkəyik”, - Ərdoğan əlavə edib. **
N.Abbasova