Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstana yola düşüb.
“General-polkovnik Z.Həsənov Gürcüstanın Kaxeti bölgəsində keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Görüşlərdə ölkələr arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə ediləcək.*
N.Abbasova