Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Bakı Türkiyə ilə Ermənistan arasında münasibətləri normallaşdırmağa yönələn siqnalları və bəyanatları alqışlayır.
“”Son zamanlar Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı səslənən bəyanatları dəstəkləyirik. Biz açıq bəyan etdik ki, bunu dəstəkləyirik. Hesab edirik ki, bu region üçün çox lazımdır”, - Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bildirib.
Onun sözlərinə görə, regionda istənilən müharibə risklərini aradan qaldırmaq lazımdır. **
A.Əzizov