Azərbaycan, Türkiyə və Gürcüstan arasında gömrük məsələləri üzrə üçtərəfli komitə yaradılacaq.
“İzmirdə Azərbaycan, Türkiyə və Gürcüstanın gömrük orqanlarının rəhbərləri arasında görüş keçirilib. Görüşün sonunda gömrük məsələləri üzrə üçtərəfli komitənin yaradılması haqqında protokol imzalanıb”, - deyə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Twitter hesabında yazıb.
O vurğulayıb ki, birgə komitə üç ölkə arasında gömrük işi sahəsində əməkdaşlığın daha da gücləndirilməsinə öz töhfəsini verəcək.*
N.Abbasova