Azərbaycanda koronavirus infeksiyasına 611 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 492,79 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1 min 32 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər (ötən gün 10 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 6 min 677 nəfərə çatıb.
Virusa yoluxmuş 473,661 min nəfər (sutka ərzində +628) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 12 min 452 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 575 (ötən gün 8 min 385 test), hazırkı dövrədək isə ümumilikdə 4 milyon 958,312 min test aparılıb.**
N.Abbasova