Vatikan Ermənistanda diplomatik missiya açmaq niyyətindədir. Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat verir.
“Ermənistan prezidenti Armen Sarkisyan Vatikanın baş katibi Pyetro Parolin ilə görüşdə bu yaxınlarda İrəvanda rəsmi olaraq açılacaq Apostol Nunsiaturasının təsis edilməsi ilə bağlı pontifikin qərarını alqışlayıb. Bu, tərəflərin Ermənistanla Müqəddəs Taxt-Tac arasında dövlətlərarası münasibətlərin inkişafına sadiqliyini sübut edir”, - Ermənistan prezidentinin mətbuat xidmətindən məlumat verilir.
Bazar ertəsi Sarkisyan Vatikana səfər çərçivəsində həmçinin Roma Papası Fransisk ilə görüşərək Qarabağı müzakirə edib. **