RF prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar zamanı MDB sammiti ərəfəsində “saatları tutuşdurmağı” və Cənubi Qafqazda nizamlanma məsələlərini müzakirə etməyi təklif edib.
“Tezliklə bizdə MDB sammiti baş tutacaq. Mən bu istiqamət üzrə sizinlə saatları tutuşdurmaq istərdim. Və, əlbəttə ki, həmçinin bu gün regionda nizamlanma və uzunmüddətli perspektivdə əlaqələrimizin əsas məsələlərinə dair”, - Putin danışıqlardan əvvəl bildirib.
Eyni zamanda, o, nəticələrin əldə olunması məqsədilə şəxsi görüşlərin əhəmiyyətini vurğulayıb.
“Biz sizinlə mütəmadi telefon danışıqları vasitəsilə təmasdayıq. Lakin, əlbəttə ki, şəxsi görüşlər hər zaman bizə lazım olan nəticənin əldə olunması üçün məhsuldar keçir. Ümid edirəm ki, bu dəfə də belə olacaq, həm formal, həm də qeyri-rəsmi şəraitdə söhbət edəcəyik”, - Putin qeyd edib.
O, Paşinyana “cari işləri” və perspektiv üçün məsələləri müzakirə etməyi təklif etdi. **