Daxili İşlər Nazirliyinin məlumatıan görə, çərşənbə günü səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunda yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər həlak olub.
“İlkin məlumata görə, yol qəzasında 5 nəfər həlak olub, 10 nəfərdən çox şəxsin vəziyyəti ağırdır”, - “İnterfaks-Azərbaycan”a DİN-dən bildiriblər.
Nazirlikdən vurğulanıb ki, yol qəzasına səbəb olan yük avtomobilinin sürücüsü saxlanılıb.
Öz növbəsində, “İnterfaks-Azərbaycan”a Səhiyyə Nazirliyindən məlumat verilib ki, yol-nəqliyyat hadisəsi nəticəsində 21 nəfər xəstəxanalara yerləşdirilib.
Xəbər verildiyi kimi, çərşənbə günü səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. İlkin versiyaya əsasən, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə, avtobus da aşıb.Faktla bağlı cinayət işi başlanılıb. **
X.Nəsirzadə