Azərbaycanda koronavirus infeksiyasına 1 265 min yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 495,332 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1 277 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər (ötən gün 15 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 6 min 709 nəfərə çatıb.
Virusa yoluxmuş 475,382 min nəfər (sutka ərzində +868 min) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 13 min 241 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 654 (ötən gün 11 min 569 test), hazırkı dövrədək isə ümumilikdə 4 milyon 979,535 min test aparılıb.**
X.Nəsirzadə