2021-ci ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi daxilolmalarını 12% - 6 milyard 354,4 milyon manatadək artırıb.
Məlumata əsasən, hesabat dövründə vergi daxilolmaları üzrə proqnoz 120,2% səviyyəsində icra olunub.
Yanvar-sentyabr aylarında qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının ümumi daxilolmalarda xüsusi çəkisi 74,1% olub. Vergi daxilolmalarının 25,9%-i neft-qaz sektorunun payına düşüb.
Qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 4 milyard 706,7 milyon manat (artım 10,4%) təşkil edib, proqnoz 114,9% icra olunub.
Neft-qaz sektoru üzrə daxilolmalar isə 1 milyard 647,7 milyon manat məbləğində olub.
2021-ci ilin yanvar-sentyabr aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 789,6 milyon manat təşkil edərək ötən ilin eyni dövrü ilə müqayisədə 7,9% artıb. İşsizlikdən sığorta üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,2% artaraq 95,9 milyon manat təşkil edib,
DVX-dən qeyd olunur ki, 2021-ci il oktyabrın 1-nə aktiv vergi ödəyicilərinin sayı 650,086 min nəfər (2020-ci il oktyabrın 1-nə olan göstərici ilə müqayisədə artım 5,5%), həmçinin ƏDV ödəyicilərinin sayı 33,141 min nəfərdir. **
B.Rüstəmbəyov