Azərbaycanın erməni işğalından azad olunmuş rayonlarında – Qarabağ və Şərqi Zəngəzurda çayların təmizlənməsi üzrə layihə həyata keçiriləcək. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bəyan edib.
"İşğaldan azad olunmuş ərazilərdə çirklənmiş çayların biofiltrlər vasitəsilə təmizlənməsi pilot layihəsinin həyata keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində əkin sahələrinin suvarılmasında istifadə ediləcək suyun toksiki maddələrdən bioloji əsaslı filtrlər vasitəsilə təmizlənməsi həyata keçiriləcək”, - .
Təhməzli 9 ayın yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Xəbər verildiyi kimi, içşöal döründə Azərbaycan əraziləri Ermənistan tərəfindən ekoloji terrora məruz qalıb. Dörd transsərhəd çay – Araz, Bəsitçay, Bərgüşadçay və Oxçuçay ağır metallarla çirkləndirilib.
Oxçuçay Ermənistan ərazisində yerləşən Zəngəzur mis-molibden və Qafan mis filizsaflaşdırma kombinatlarının təmizlənməmiş istehsalat suları, eləcə də Qafan və Qacaran şəhərlərində formalaşan məişət-çirkab suları ilə davamlı olaraq çirkləndirilir. **
X.Nəsirzadə