2021-ci ilin yanvar-sentyabr aylarında Türkiyə Azərbaycana $184 milyon dəyərində müdafiə və aviasiya sənayesi məhsulları idxal edib. Bu barədə Türkiyə İxracatçılar Birliyinin İdarə Heyətinin üzvü Selahettin Kaplan məlumat verib.
“İnterfaks-Azərbaycan” agentliyi Birliyin mətbuat xidmətiin məlumatında Kaplanın sözlərinə istinadən məlumat verir ki, bu mıəhsulların Azərbaycana idxalı ötən ilin analoji dövrü ilə müqayisədə 49,6% artıb.
11-14 oktyabr tarixlərində Birliyin nümayəndə heyəti Azərbaycan sahibkarları ilə əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirəsi məqsədilə Azərbaycana səfər edib.
Nümayəndə heyətinin Azərbaycana səfərini şərh edən Kaplan vurğulayıb ki, bütövlükdə, 9 ay ərzində ölkəyə Türkiyənin ixracı $1,73 milyard (аrtım 16,5%) təşkil edib.
Xüsusilə, Azərbacana Türkiyədən $372,802 milyon dəyərində kimya məhsulları (artım 22,1%), $136,6 milyon dəyərində elektronika malları (аrtım 12,4%), $104,6 milyon dəyərində mebel, kağız və meşə materialları (аrtım 8,8%) ixrac olunub, qalan həcm digər məhsulların payına düşüb. **
B.Rüstəmbəyov