Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Bakı İrəvanla sərhədin delimitasiya ilə əlaqədar danışıqlara başlamağa və sülh sazişi imzalağa hazırdır.
“Müharibə və münaqişə tarixdə qaldı. Biz, ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına dair Ermənistanla danışıqlara başlamağa hazırıq, həmçinin Ermənistan ilə sülh sazişinə dair danışıqlara başlamağa hazırıq”, - Əliyev cümə günü Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında bildirib.
Onun sözlərinə görə, Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır.
“Ümidvarıq ki, Ermənistan rəhbərliyi bu tarixi şansı əldən verməyəcək”, - Azərbaycan prezidenti əlavə edib. **
X.Nəsirzadə