Azərbaycanda koronavirus infeksiyasına 1 850 min yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 498,63 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1 448 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər (ötən gün 11 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 6 min 734 nəfərə çatıb.
Virusa yoluxmuş 476,964 min nəfər (sutka ərzində +735 min) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 14 min 932 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 346 (ötən gün 10 min 92 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 973 min test aparılıb.**
X.Nəsirzadə