15.10.2021 16:18

COVID-19 səbəbindən yanvar-sentyabr aylarında Azərbaycanda əczaçılıq məhsullarının satışı təqribən 1,4 dəfə artıb

2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlakçılar ümumilikdə 682 milyon manat məbləğində (cari məzənnə ilə $401,2 milyon – İF) əczaçılıq məhsulları və tibbi vasitələr alıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bu dövrdə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində əczaçılıq məhsulları və tibbi vasitələrin satışından gəlirlər 2,2% təşkil edib.

Ötən ilin analoji dövrü ilə müqayisədə əczaçılıq məhsulları və tibbi vasitələrin satışından gəlirlər 36,1% artıb.

Azərbaycanda əczaçılıq məhsullarının satışının artımı COVID-19 infeksiyası ilə əlaqədardır.

Ötən il respublikada əczaçılıq məhsullarının pərakəndə satış həcmi 528,1 milyon manat ($310,6 milyon) təşkil edib.**

N.Abbasova


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.