Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 18-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Oktyabrın 18-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1,9689 manat/1EUR səviyyəsində (oktyabrın 15-nə 1,9736 manat/1EUR) müəyyən edilib.
AMB oktyabrın 18-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0,0239 manat/1RUB səviyyəsində (oktyabrın 15-nə 0,0238 manat/1RUB) müəyyən edib.*
B.Rüstəmbəyov