2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən (nomenklatura kodu 2709) 20 milyon 281 min 699,31 ton neft ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 7,1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycandan $9 milyard 302 milyon 613,29 min dəyərində (artım 30%) neft ixrac edilib.
Yanvar-sentyabr aylarında ixracın ümumi strukturunda neftin payı 63,59% (2020-ci ilin yanvar-sentyabr aylarında 67,66%) təşkil edib.
“İnterfaks-Azərbaycan” agentliyinin hesablamalarına əsasən, 2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan neftinin bir barelinin orta qiyməti $61,2 təşkil edib.
DGK-nın məlumatına görə, hesabat dövründə İtaliya Azərbaycan neftinin əsas alıcısı olaraq qalıb. 9 ay ərzində neft ixracının 47,1%-i bu ölkənin payına düşüb.
Alıcıların ilk üçlüyünə İtaliya ilə yanaşı, İspaniya və Xorvatiya da daxil olub.
Bütövlükdə, hesabat dövründə Azərbaycan nefti əsasən Avropa ölkələrinə ixrac edilsə də, Çin, Hindistan, Tunis, Kanada və Tailand daimi alıcılar olaraq qalır.
Yanvar-sentyabr aylarında ölkələr üzrə neft ixracının strukturu:
Ölkələr |
Həcm (ton) |
Gəlir (min, $) |
İtaliya |
9 542 983.86 |
4 323 731.35 |
İspaniya |
1 270 845.01 |
552 660.70 |
Xorvatiya |
1 162 326.39 |
547 839.18 |
İsrail |
1 069 357.00 |
510 160.35 |
Hindistan |
1 122 729.85 |
496 009.13 |
Portuqaliya |
803 642.95 |
382 590.15 |
Böyük Britaniya |
624 005.43 |
312 493.08 |
Tunis |
658 063.35 |
306 350.06 |
Ukrayna |
649 817.80 |
268 290.54 |
Almaniya |
442 048.62 |
216 300.05 |
Belarus |
452 234.57 |
216 137.67 |
Kanada |
416 119.36 |
214 757.33 |
Türkiyə |
411 174.05 |
176 203.46 |
Tailand |
277 100.94 |
134 110.72 |
Çexiya |
209 154.16 |
107 090.27 |
Çin |
277 516.67 |
102 592.36 |
İndoneziya |
173 504.81 |
87 124.86 |
Rumıniya |
173 781.81 |
80 876.89 |
Vyetnam |
139 699.64 |
72 728.56 |
İsveçrə |
90 283.35 |
48 391.61 |
Fransa |
91 755.21 |
45 737.11 |
İrlandiya |
87 840.90 |
41 737.54 |
Avstriya |
80 008.75 |
37 460.90 |
Avstraliya |
54 975.82 |
20 884.24 |
Rusiya |
729.02 |
355.20 |
N.Abbasova*