18.10.2021 14:24

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi tezliklə Azərbaycana səfər edəcək

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar regiona səfər edəcəyi ilə bağlı məlumat verib. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, o, Azərbaycanda, Gürcüstanda və Ermənistanda görüşlər keçirəcək.

“Aİ Cənubi Qafqazda sülh və rifahın bərqərar olması üçün tərəfdaşları ilə birgə çalışmalıdır”, - deyə diplomat “Twitter” hesabında yazıb.*

E.Şəfiyev


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.