“Embafinans BOKT” QSC ümumi dəyəri 3 milyon manat olan istiqrazlar yerləşdirməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Fond Birjasından məlumat verilib.
Oktyabrın 18-də Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə “Embafinans” QSC-nin istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
İstiqrazların sayı 3 min ədəd, nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 10 faiz, tədavül müddəti 3 ildir.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya şirkəti” QSC-dir.
“Embafinans” 2021-ci ilin iyun-avqust aylarında iki dəfə istiqraz buraxıb və onların yerləşdirilməsindən 5,5 milyon manat cəlb edib.
“Embafinans” BOKT 2012-ci ildə yaradılıb. Cəmiyyətin nizamnamə kapitalı 10 milyon manata bərabərdir.*
R.Əhmədov