Prezident İlham Əliyev oktyabrın 19-da “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin dövlət orqanları arasında Müxtəlif İqtisadi Zonalar sahəsində məlumat və təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında fərman imzalayıb.
Sözügedən memorandum 2021-ci il sentyabrın 10-da Bakı şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşü çərçivəsində imzalanıb.
Fərmana əsasən, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.*
E.Şəfiyev