2021-ci ilin yanvar-avqust aylarında Azərbaycana 481 min ton buğda idxal edilib ki, bu da 2020-ci ilin 8 ayının göstəricisindən 30,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri $122 milyon 245,9 min (azalma 17,1%) təşkil edib.
Hesabat dövründə Azərbaycana $109 milyon 604,5 min dəyərində (artım 45%) 235 min ton şəkər xammalı və şəkər (artım 5,7%), $117 milyon 863 min dəyərində (artım 49,8%) 86,772 min ton bitki yağı (azalma 3,3%), $41 milyon 925,2 min dəyərində (artım 11,5%) 9,802 min ton çay (artım 6%), $50 milyon 111,5 min dəyərində (azalma 13,5%) 9,942 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar (azalma 15%) idxal edilib.
Yanvar-avqust aylarında respublikaya $14 milyon 738,5 min dəyərində (azalma 42,4%) 3,847 min ton iribuynuzlu heyvan əti (azalma 43,4%), $24 milyon 265,6 min dəyərində (azalma 4,4%) 18,817 min ton quş əti və quş əti məhsulları (azalma 14,1%) idxal edilib.
Hesabat dövründə Azərbaycana $80 milyon 23 min dəyərində (azalma 0,2%) 85,025 min ton meyvə (azalma 2,1%), $15 milyon 331,8 min dəyərində (artım 29,7%) 29,999 min ton tərəvəz (artım 41,3%), $26 milyon 501,5 min dəyərində (artım 4,3%) 106 min ton kartof (artım 13,5%) idxal edilib.
Yanvar-avqust aylarında ölkədən $142 milyon 489,1 min dəyərində (azalma 21,7%) 142,2 min ton tərəvəz (azalma 21,7%), $175 milyon 835,2 min dəyərində (artım 10,2%) 146,3 min ton meyvə (artım 36,9%), $39 milyon 851,4 min dəyərində (artım 18,1%) 91,813 min ton kartof (artım 12,9%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $25 milyon 43,2 min dəyərində (artım 2,2 dəfə) 47,906 min ton şəkər (artım 1,8 dəfə), $10 milyon 599,9 min dəyərində (artım 44%) 8,335 min ton bitki yağı (azalma 5,8%) ixrac edilib.
Yanvar-avqust aylarında Azərbaycan $10 milyon 390,2 min dəyərində (аrtım 2%) 8,572 min ton meyvə və tərəvəz şirələri (artım 17,2%), $2 milyon 370,4 min dəyərində (azalma 3,5%) 147,8 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (azalma 2,8%), $5 milyon 603,9 min dəyərində (artım 9,2%) 5,201 min ton meyvə və tərəvəz konservləri (artım 18,3%), $4 milyon 908,6 min dəyərində (azalma 30,8%) 1,929 min ton tütün (azalma 34,1%) ixrac edib.*
B.Rüstəmbəyov