19.10.2021 16:41

Azərbaycanda 5 həftə ərzində ilk dəfə COVID-19-a yoluxma hallarının sayı 2 mini ötüb, 15 nəfər vəfat edib

Azərbaycanda koronavirus infeksiyasına 2102 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 505,554 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.

Ötən gün 1245 yoluxma faktı qeydə alınmışdı.

Sonuncu dəfə 2 mindən çox yoluxma halı (2064) sentyabrın 15-də qeydə alınmışdı.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər (ötən gün 13 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 6793 nəfərə çatıb.

Virusa yoluxmuş 479,675 min nəfər (sutka ərzində +863) müalicə olunaraq sağalıb.

Aktiv xəstə sayı 19 min 86 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12189 (ötən gün 7153 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 44,744 min test aparılıb.*

X.Nəsirzadə


Çap etmək
Bütün məlumat şəxsi istifadə üçün nəzərdə tutulub və bu nəşrdə yerləşdirilib, İnterfaks-Azərbaycandan yazılı icazə olmadan daha sonrakı əks etdirmə və yaxud istənilən formada yayıma icazə verilmir.