2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 1 milyon 529,8 min kvadratmetr təşkil edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 66,6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bu dövrdə yaşayış evlərinin tikintisinə kapital qoyuluşları 727,2 milyon manat (azalma 24,2%) təşkil edib.
2020-ci ildə Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 4 milyon 957,2 min kvadratmetr təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 47,6% azdır.
2020-ci il ərzində yaşayış evlərinin tikintisinə kapital qoyuluşları 1 milyard 367,3 milyon manat (artım 2,9%) təşkil edib.*
B.Rüstəmbəyov