“Azərbaycan Dəmir Yolları” (ADY) QSC Bakı-Pirşağı-Sumqayıt və əks istiqamətdə qatarların hərəkət cədvəlinə dəyişiklik edir. Bu barədə ADY-nin mətbuat xidmətindən məlumat verilib.
“Sərnişin sıxlığını aradan qaldırmaq məqsədilə oktyabrın 21-dən Bakı-Pirşağı-Sumqayıt istiqamətində olan reyslərin sayı 12-dən 16-ya, əks istiqamətdə isə 13-dən 17-yə çatdırılacaq”, - deyə məlumatda bildirilir.
Bununla əlaqədar reyslərin vaxtında da dəyişiklik ediləcək (https://ticket.ady.az/).*
N.Abbasova