“Naftoqaz Ukrainı” şirkəti Ukraynada karbohidrogen hasilatının artırılması məqsədilə “Dragon Oil” (BƏƏ), SOCAR AQŞ (Azərbaycan), “Helmerich & Payne, Inc.” (ABŞ) və “3 Seas Energy” (ABŞ) şirkətləri ilə Anlaşma memorandumları imzalayıb.
“İnterfaks-Ukrayna” agentliyinin müxbirinin verdiyi məlumata görə, sənədlər bu gün Kiyevdə keçirilən Ukrayna Qaz İnvestisiya Konqresində imzalanıb.
SOCAR AQŞ ilə quruda və şelfdə hasilat texnologiyaları sahəsində əməkdaşlığın həyata keçirilməsi planlaşdırılıb.*