Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Aleksey Overçuk, Şahin Mustafayev və Mqer Qriqoryan bu gün Moskvada Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpası perspektivlərini müzakirə ediblər.
RF hökumətinin saytında dərc olunmuş məlumata görə, onlar üçtərəfli İşçi Qrupun 8-ci iclasının birinci hissəsini keçiriblər.
Görüşdə Azərbaycan Prezidenti, Ermənistan baş naziri və RF prezidentinin 11 yanvar 2021-ci il tarixli bəyanatı çərçivəsində görülən işlərin gedişatı müzakirə edilib.
Tərəflər iclasın ikinci hissəsinin yaxın vaxtlarda keçirilməsi barədə razılığa gəliblər.*