Malayziya şirkətləri Azərbaycana sərmayə yatıra bilərlər. Bunu Azərbaycanın bu ölkədəki səfiri İrfan Davudov deyib.
“Biz Malayziya şirkətlərini Azərbaycana, o cümlədən işğaldan azad edilmiş ərazilərə, xüsusilə bərpa olunan enerji, İT, qida məhsullarının emalı, infrastrukturun yaradılması və turizm kimi sahələrə sərmayə yatırmağa çağırırıq”, - deyə İ.Davudov Malayziyanın “Bernama” informasiya agentliyinə müsahibəsində bildirib.
Səfirin fikrincə, Malayziya şirkətləri, həmçinin günəş energetikası, hidroenergetika, bina və körpülərin tikintisi, yüngül sənayenin inkişafı, tekstil sənayesi, kimya sənayesi və kənd təsərrüfatı sahələrinə investisiya qoya bilərlər.*
E.Şəfiyev