Zəngilan Beynəlxalq Hava Limanının 2022-ci ildə istismara verilməsi planlaşdırılır. Hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etmək imkanına malik olacaq. Bu barədə “AzVirt” MMC-nin baş direktoru Kamil Əliyev məlumat verib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış olublar.
K.Əliyev dövlət başçısına hava limanında görülən işlər barədə məlumat verib. Bildirilib ki, uçuş-enmə zolağının uzunluğu 3 min metr olan hava limanında tikinti işlərinə bu ilin may ayında başlanılıb.
“Zəngilan Hava Limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etmək imkanına malik olacaq”, - deyə o qeyd edib.
Tikinti işlərinin 2022-ci ildə tamamlanması planlaşdırılır. Zəngilan rayonu ərazisindən Zəngəzur nəqliyyat dəhlizinin keçəcəyi mühüm nəqliyyat-logistika mərkəzinə çevriləcək.*
N.Abbasova