Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Azərbaycana səfər edəcək.
“Səfər proqramında Bakıda olmaq nəzərdə tutulmayıb, amma Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəyik. Bu məsələ ilə bağlı qardaşım İlham Əliyevlə də müzakirə aparmışıq. Proqrama hava limanı ilə yanaşı, bir neçə avtomobil yolunun və bir sıra kənd təsərrüfatı obyektlərinin açılışı da daxildir”, - deyə Ərdoğan bu gün Afrikadan qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı Ankaranın mövqeyi dəyişməyib.
“Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqeyimiz eyni olaraq qalır”, - deyə Türkiyə lideri vurğulayıb.
O əlavə edib ki, Türkiyə işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi məsələsində Azərbaycana dəstəyini davam etdirir və ölkəyə minatəmizləmə texnikaları verib.*
N.Abbasova