Azərbaycanda koronavirus infeksiyasına 2005 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 509,862 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2303 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər (ötən gün 16 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 6829 nəfərə çatıb.
Virusa yoluxmuş 481,696 min nəfər (sutka ərzində +1011) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 21 min 337 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12533 (ötən gün 12075 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 69,532 min test aparılıb.*
A.Hüseynova